“Tesla”nın yenilənmiş “Model Y” avtomobili müştəri cəlb edə bilmədi

“Tesla” keçən il satış rekordları qıran “Model Y”ni yenilədi və bu ilin əvvəlində yenidən satışa çıxardı. Amma məlumatlara görə, yeni versiya gözlənilən diqqəti görməyib.
Avtosfer.az xəbər verir ki, yanvar ayında yenilənmiş eksteryer dizaynı, genişlənmiş diapazonu və qabaqcıl sürücülük yardımı sistemi FSD ilə təchiz edilmiş yeni “Model Y”ni təqdim edən “Tesla” böyük maraq gözləyirdi, lakin bu yeniləmələrə baxmayaraq, “Model Y”nin çatdırılma sayı azaldı. Təbii ki, bu azalma şirkətin fond bazarındakı göstəricilərinə də mənfi təsir göstərib.
“Tesla” səhmləri ilin ilk aylarında dəyərinin 16%-ni itirib. Analitiklər izah ediblər ki, bu azalma birbaşa satışların azalması ilə bağlıdır. Avropada 0% faizli maliyyələşdirmə kampaniyaları başladığı halda, ABŞ-da 1,99% faiz və ya sıfır ilkin ödəniş variantları təklif edilib. “Tesla” nadir hallarda yeni modellərdə belə təşviqlər təklif edir.
Mütəxəssislər, yüksək istehsal xərcləri olan bir modelin endiriminin mənfəət marjasını azalda biləcəyinə diqqət çəkdilər. Digər tərəfdən, avtomobilin bir çox bölgələrə dərhal təhvil verilə bilməsi tələbin gözləniləndən aşağı qaldığını ortaya qoydu.
Yeni “Model Y”nin satışa çıxarılmasından sonra “Tesla” səhmləri məhdud bir bərpa gördü. İlon Mask şirkətlə daha çox məşğul olacağını açıqladı. Eyni dövrdə ABŞ və Çin arasında ticarət gərginliyinin azalması da fond göstəricilərinə bir qədər müsbət təsir göstərib.(index.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












