Texniki baxış üçün kirayə katalizator, təkər, çanta

Mətbuatda texniki baxış avadanlıqlarının kirayə verilməsi ilə bağlı xəbər bizi bu mövzuya bir daha qayıtmağa vadar etdi.
Avtosfer.az saytı olaraq 2 il əvvəl Gürcüstanda katalizator kirayəsi ilə bağlı xəbər yaymışdıq. Gürcüstanda texniki baxış zamanı birinci yoxlanan detal katalizatordur.
Bunsuz maşını texniki baxışdan keçirmək mümkün deyil. Lakin gürcülər maşın aldıqda ilk işləri bu detalı söküb xaricə satmaq olur. Bu səbəbdən Gürcüstan hökuməti 2023-cü ildə avtomobil katalizatorlarının ixracını üç il müddətinə, 2026-cı il mayın 1-dək qadağan edib.
Təsəvvür edin 2015-2023-cü ildə Gürcüstan 700 mindən çox katalizator ixrac edib! Bu rəqəm Almaniya, İtaliya və Fransa kimi böyük istehsalçıların ixracına yaxın göstəricidir. Bəs “detal istehsal etməyən ölkə bunu necə bacarıb?” sualının cavabı isə hamıya məlumdur.
Bəs katalizatorsuz maşın texniki baxışdan necə keçir? Bunun da sadə, qafqazsayağı həlli var.
Xüsusi ustalar avtomobilə müvəqqəti katalizator quraşdırırlar: baxışdan keç, gətir qaytar. Xidmət haqqı modeldən asılı olaraq 100-200 lari (60-120 AZN) arası dəyişir.
Türkiyədə isə texniki baxışdan keçmək üçün adətən təkərlər borc alınır. Çünki türk polisi ilk növbədə şinləri yoxlayır.
https://avtosfer.az/az/avtoxeber/texniki-baxisda-katalizator-biznesi-foto-232052
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












