Texniki baxışla bağlı məlumat "ASAN ödəniş"dən gələcək - Sürücülər üçün yenilik

“ASAN ödəniş” sistemi operatorunun funksiyaları artırılıb. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.
Fərmana aşağıdakı məzmunda 4.0.10-1 və 4.0.11-1-ci yarımbəndlər əlavə edilib.
4.0.10-1. Sistem iştirakçısının sistemə göndərdiyi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu sistem istifadəçisinin elektron kabinetinə yerləşdirmək (yerləşdirilmə vaxtını göstərməklə) və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat göndərmək;
4.0.11-1. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonun sistem istifadəçisinin elektron ünvanına çatdırıldığı barədə səlahiyyətli sistem iştirakçısını real vaxt rejimində məlumatlandırmaq;
Qeyd edək ki, “ASAN ödəniş” sistemi operatoru - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzidir.
ONA
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












