“Toyota” üç yanacaq növü ilə işləyən ilk hibrid avtomobilini satışa çıxaracaq

Yaponiyanın “Toyota Motor Corp.” şirkəti Braziliyada istehsal etdiyi ilk hibrid mühərrikli avtomobilini satışa çıxaracağını elan edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, şirkət dünyada ilk dəfə olaraq üç yanacaq növü – elektrik, etanol və qazla işləyən mühərriklə təchiz olunmuş “Corolla” modelini hazırladığını bildirib. “Toyota”nın yeni avtomobilləri nəhəng zavodun yerləşdiyi Braziliyadan dünyanın digər ölkələrinə ixrac ediləcək. Bu ölkədə zavodları olan başqa avtomobil şirkətləri, o cümlədən “General Motors” və “Volkswagen AG” isə yaxın vaxtlarda bu cür avtomobillərin istehsalını nəzərdə tutmadıqlarını bəyan ediblər. “Toyota”nın bu planı San-Pauloda keçirilən mətbuat konfransında elan edilib. Şirkət Braziliyanın bu ştatında 254 milyon dollar başa gələcək daha bir zavod tikəcəyini də açıqlayıb.
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?












