Tramp avtomobil idxalına rüsum tətbiqini yarım il təxirə salıb

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında və Yaponiyada istehsal olunan avtomobillərin və onların ehtiyat hissələrinin idxalına 25 faizlik rüsumun tətbiqini 180 gün təxirə salıb. Avtosfer.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu qərar avtomobil sənayesinin "ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacib olduğu” barədə Ticarət Nazirliyinin məruzəsinin tədqiqindən sonra qəbul olunub. ABŞ prezidenti "avtomobil və bəzi ehtiyat hissələrinin idxalı ilə bağlı milli təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün” ticarət nümayəndəsi Robert Laythayzerə Avropa İttifaqı və Yaponiya ilə danışıqlar təşkil etməyi tapşırıb. Prezident Donald Tramp ötən ilin iyun ayında ABŞ-ın Avropa İttifaqından gətirilən avtomobillərə 20 faiz idxal rüsumu tətbiq edəcəyini bildirmişdi. O, həmçinin ölkənin ticarət nazirinə avtomobil idxalının ABŞ-ın milli təhlükəsizliyinə təhdidi və idxalın vergiyə məruz qalınması perspektivləri barədə təhqiqata başlamağı tapşırmışdı.
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı












