Trampın siyasəti “Tesla” avtomobillərinin bahalaşmasına səbəb ola bilər

2025-ci ildə İlon Maskın avtomobil satışı ilə bağlı planlarının gerçəkləşəcəyi ehtimalı azdır. Buna səbəb Donald Trampın siyasətidir.
Avtosfer.az “Financial Times”ə istinadən xəbər verir ki, bunu amerikalı analitiklər proqnozlaşdırıblar. Oktyabr ayında milyarder satışların 20-30 faiz yüksələcəyini, 2023 və 2022-ci illərlə müqayisədə təxminən 40 faiz artacağını bildirmişdi. “FactSet” bu il satışın 16 faiz yaxşılaşacağını proqnozlaşdırır.
Əsas təhlükə Trampın əvvəlki hökumətin istifadə etdiyi subsidiyaların ləğvi ilə bağlı verdiyi vədi hesab olunur. “Tesla” üçün bu planın həyata keçirilməsi onun avtomobillərinin xeyli bahalaşması deməkdir.
Mütəxəssislər hesab edirlər ki, Maskın Trampla dostluğu milyarderə o qədər də kömək etməyəcək. Çünki dövlət başçısı, ümumiyyətlə, demokratların elektromobillər üçün stimulların verilməsində israr etdiyi iqlim hədəflərinin prioritetini bəyənmir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












