Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb

Türkiyənin ilk yerli zirehli SUV avtomobili “TULGA 4x4”ün təhvil verilməsi işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, Türkiyənin “BMC” şirkəti tərəfindən müvafiq layihə çərçivəsində hazırlanan “TULGA 4x4” yoxlama fəaliyyətlərini və taktiki qabiliyyət sınaqlarını uğurla başa çatdırıb.
Daxili təhlükəsizlik qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan “TULGA 4x4” zirehli konstruksiyası, ballistik qoruma səviyyəsi və texnoloji avadanlıqları ilə təhlükəsizlik, davamlılıq və komfort xüsusiyyətlərə malikdir.
Təxminən 8 ton ağırlığa malik, 5 nəfərlik daşıma qabiliyyəti ilə xidmət göstərəcək avtomobil müstəqil ikiqatqollu ön və arxa asqı sistemi, eləcə də disk əyləc avadanlığı sayəsində həm çətin relyef şəraitində, həm də şəhər daxilində yüksək manevr qabiliyyəti təmin edir.
Dörd silindrli dizel mühərriki ilə işləyən, 250 at gücü təmin edən avtomobil saatda maksimum 130 kilometr sürətə çata bilir.
Avtomobildə xüsusi dizayn edilmiş altlıq qoruması ballistik təhdidlərə qarşı yüksək dayanıqlıq təmin edir. Çətin ərazi və şəhər şəraitində fəaliyyət göstərə biləcək şəkildə hazırlanmış avtomobil müxtəlif əməliyyat ehtiyaclarına uyğun hazırlanıb.
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR












