“Volvo” şirkəti 167 min avtomobilini geri çağırır

İsveçin avtomobil istehsal edən “Volvo” şirkəti ölkə üzrə 13 min, dünya üzrə 167 min avtomobilini geri çağırması barədə məlumat yayıb. Məlumatda deyilir ki, avtomobilin arxa qapısının ötürücü mexanizmi iqlimi soyuq olan yerlərdə işləməyə bilər.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, İsveç KİV-lərinin yazdığına görə, “Volvo” bunu motor bölməsində yanacağın sızması ehtimalını aradan qaldırmaq üçün 219 avtomobilini geri çağırandan iki həftə sonra bildirib.
Şirkət yeni geriçağırma çərçivəsində arxa qapısında elektrik ötürücüsü olan avtomobillərdə nasaz komponentin hətta travmalara gətirib çıxaracağı barədə 2018-2019-cu illərin buraxılışı olan XC60 sahiblərini məlumatlandırıb. Bununla belə, şirkətdən bildiriblər ki, hələlik onlara ciddi travmalar barədə heç bir məlumat daxil olmayıb. Bu, gələcəkdə hər hansı problemin qarşısını almaq üçün xəbərdaredici addımdır.
Avtomobil sahibləri öz dilerləri ilə əlaqə saxlamaq göstərişi ilə məktub alandan sonra zay detalların əvəzlənməsi işləri pulsuz yerinə yetiriləcək.
Çinin “Geely” şirkəti 2010-cu ildə “Volvo”nu “Ford” konsernindən alandan sonra “Volco Cars” sanballı uğurlar qazanıb. Hazırda İsveç avtokonserni diqqətini avtonom nəqliyyat vasitələrinin, habelə elektrik və hibrid mühərriklərinin işlənib hazırlanması üzərində cəmləşdirməyə başlayıb.
2018-ci ildə “Volvo” şirkətin bütün tarixi ərzində rekord satışların qeydə alındığını açıqlayıb. Həmin dövrdə 643 min 253 avtomobil satılıb. Şirkət elan edib ki, 2019-cu ildən başlayaraq sırf elektrik və hibrid avtomobilləri istehsal edəcək.
Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: YENİLİK GƏLİR
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA











