Yanacağın bahalaşması Avropada işlənmiş elektromobillərə marağı artırıb

Yaxın Şərqdə davam edən münaqişə Avropada avtomobil yanacağının bahalaşmasına səbəb olub.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bahalaşma işlənmiş elektromobillərə marağı artırıb. Norveçli ekspert Terje Dahlqren bildirir ki, işlənmiş avtomobil bazarı proseslərə daha tez reaksiya verir. Son bir ayda Avropa İttifaqında yanacağın orta qiyməti 12 faiz artaraq 1,84 avronu ötüb. Bəzi ölkələrdə yanacaq 2 avrodan bahadır.
Amsterdamda yerləşən “Olx” satış platformasının ekspertləri bildirirlər ki, son 2 həftədə elektrik mühərrikli avtomobillərin axtarışları Portuqaliyada 54 faiz, Fransada 50 faiz, Rumıniya və Polşada isə 40 faiz artıb.
Almaniyanın əsas avtomobil satış saytı olan “mobile.de”də elektromobil axtarışları martın sonunda 12 faizdən 36 faizə qalxıb.
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB












