Yaponlar daxiliyanma mühərriki ilə vidalaşmaq istəmirlər - FOTO

Avropada daxiliyanma mühərriklərinə maraq azaldığı vaxtda yaponiyalı konstruktorlar tam başqa yolla gedirlər. Doğrudur, Gündoğar ölkədə heç kim hibridə və elektromobilə keçiddən imtina etmir. Lakin ənənəvi mühərriklərdən imtina da gündəlikdə yer almır.
Avtosfer.az xəbər verir ki, hibrid avtomobillərdə V6 Dizel və ikikameralı Vankel mühərriki tətbiq edən şirkət indi ənənəvi daxiliyanma mühərriklərini təkmilləşdirir. SKYACTIV-Z adı verilən yeni mühərrik quruluşca digərlərindən çox da fərqlənmir. Əsas fərq faydalı iş əmsalının artırılmasıdır.
2027-ci ildən avtomobillərə quraşdırılacaq mühərrikdə alışdırma və qazların xaricedilmə sistemi təkmilləşdiriləcək. Buna görə də şirkət elektromobilə keçid üçün nəzərdə tutulan sərmayəni 13 milyard dollardan 10 milyarda endirib. Yaranan fərq daxiliyanma mühərriklərinin təkmilləşdirilməsinə sərf ediləcək.
Qeyd edək ki, bir müddət əvvəl Toyota da daxiliyanma mühərriklərinin yaxın onillikdə sonunun gəlməyəcəyi barədə açıqlama vermişdi.
Vüqar
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












