Yeni elektromobildən dünya rekordu

Çinin SAIC konserninin bir hissəsi olan "Roewe" brendi bazara yeni model - D6 indeksli elektrik sedanını təqdim etməyə hazırlaşır.
Avtosfer.az "Car News China"ya istinadən xəbər verir ki, yeni model Sinhay-Tibet magistralında 100 kilometrə 9,125 kilovat-saat sərfiyyat göstərərək enerji səmərəliliyi üzrə dünya rekordu vurub. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına düşüb.
Ümumi uzunluğu 1973 kilometr olan Sinhay-Tibet avtomobil yolu dünyanın ən yüksək dağ yolu hesab olunur. Burada dəniz səviyyəsindən orta hündürlük 4 min metrdən çoxdur. "Roewe D6" beş gün ərzində sınaqdan keçirilib.
Sedanın əsas versiyası 129 at güclü elektrik mühərriki və 42,8 kilovat-saatlıq akkumulyatorla təchiz edilib ki, bu da 450 kilometr məsafəni qət etmək üçün kifayətdir. Digər texniki xüsusiyyətlər hələ açıqlanmayıb.
Modelin debütünün bu ay Şanxay avtosalonunda baş tutacağı gözlənilir.(oxu.az)
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO












