Yol polis maşınlara gerb vurulması qadağasına aydınlıq gətirdi - VİDEO

Son vaxtlar avtomobilin arxa şüşəsinə dövlət gerbinin vurulması sanki dəb halını alıb. Xüsusən də gənc sürücülər avtomobillərə bu tip dövlət atributlarını yapışdırmağa böyük maraq göstərir. Onlar sanki bu üsulla avtomobili fərqləndirmək istəyirlər. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırılması və bu şəkildə istifadə olunması yol verilməzdir. Bakı şəhər Dövlət yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, dövlət atributunu əldə edən şəxslər onu təyinatına uyğun şəkildə istifadə etməlidir.
Qeyd edək ki, gerbi avtomobilin arxa şüşəsinə vurub idarə etməyin heç bir cəriməsi yoxdur. Çəkiliş apardığımız zaman gerbi avtomobilinə yapışdıran sürücülər kamera qarşısında danışmaq istəmədilər. Amma şifahi olaraq bunu vətənpərvər olmaları ilə əlaqələndirdilər.
Bu ilin fevral ayında Milli Məclisdə ''Dövlət gerbinin istifadəsi qaydaları haqqında'' qanun layihəsi qüvvəyə minib. Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










