Yollardakı radarların harada yerləşdiyindən xəbəriniz olacaq - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

“Sürücülər üçün yol radarları ilə bağlı məlumatlara açıq çıxış platformasının yaradılması texniki baxımdan mümkündür”. Avtosfer.az xəbər verir ki, bu fikirləri “Konkret.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.
Ekspertin sözlərinə görə, texniki cəhətdən belə bir platformanın yaradılmasında heç bir çətinlik yoxdur. Lakin məsələ daha çox hüquqi tərəfdən suallar doğurur. Eldəniz Cəfərov qeyd edib ki, bu ideya müəyyən mənada pilot layihə kimi tətbiq oluna bilər:
“Məsələn, Azərbaycanda ölkə üzrə radarların yerləşdiyi əraziləri əks etdirən ümumi xəritə hazırlamaq olar. Hər kəs harada radarın olduğunu bilsin. Burada əsas məqsəd sürücüləri cərimələmək yox, onların sürəti azaltmasına və təhlükəsiz idarəetməyə sövq etmək olmalıdır.”
Ekspert vurğulayıb ki, radarların mövcudluğunun göstərilməsi müəyyən hallarda müsbət təsir yaradır. Ancaq radarın işlək olub-olmaması ilə bağlı açıq məlumatın paylaşılması arzuolunan nəticə verməyə bilər:
“Əgər biz radar məlumatları adı altında yollardakı radarın işlək olub-olmadığını göstərsək, düşünmürəm ki, məqsədimizə çata bilərik. Elə məsuliyyətsiz sürücülər var ki, xəritəyə baxıb “burada radar işləmir” deyərək daha sürətlə hərəkət edəcəklər. Bu isə təhlükəsizliyə ziddir.”
Eldəniz Cəfərovun fikrincə, radar məlumatlarının açıqlanması yol hərəkəti təhlükəsizliyinə xidmət etməli, sürücülərdə məsuliyyət hissini artırmalıdır. Əks halda, bu cür platforma əks təsir göstərə və yol-nəqliyyat hadisələrinin artmasına səbəb ola bilər.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










