Azərbaycanda dizel avtomobil sürmək qadağan olacaq? – Ekspertdən AÇIQLAMA - VİDEO

Avropa İttifaqında dizel və benzin mühərrikli avtomobillərlə bağlı tətbiq olunması planlaşdırılan məhdudiyyətlər yenidən müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov danışıb. O bildirib ki, Avropa İttifaqı 2035-ci ildən etibarən yeni dizel və benzin mühərrikli avtomobillərin satışına və idxalına müəyyən məhdudiyyətlər tətbiq etməyi planlaşdırırdı. Lakin bu təşəbbüs hələlik tam şəkildə reallaşmayıb.
Qərara həm avtomobil istehsalçıları, həm də alıcılar tərəfindən ciddi etirazlar olub:
“Avropa avtomobil sənayesi bu qərarın bazara və istehsala ciddi təsir göstərə biləcəyini hesab edir. Eyni zamanda, bir çox alıcı da tam elektrikli avtomobillərə keçidə hazır olmadığını bildirir. Bu səbəbdən məsələ yenidən müzakirə mərhələsinə qaytarılıb”.
Eldəniz Cəfərov qeyd edib ki, Azərbaycanda vəziyyət fərqlidir. Onun sözlərinə görə, ölkə avtomobil standartları baxımından Avropa spesifikasiyasına uyğun olsa da, Avropa İttifaqının üzvü deyil:
“Azərbaycanda dizel mühərrikli avtomobillərin idxalı ilə bağlı Avropa İttifaqında nəzərdə tutulan məhdudiyyətlərin tətbiqi gözlənilmir. Hazırda bu istiqamətdə hər hansı qadağa və ya ciddi məhdudiyyət gündəmdə deyil.
Yaxın illərdə dünyada elektrikli avtomobillərə keçid sürətlənsə də, daxiliyanma mühərrikli avtomobillər uzun müddət bazarda mövcudluğunu qoruyacaq. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə dizel və benzin mühərrikli avtomobillərə tələbat hələ də yüksək olaraq qalır”.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












