“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO

Bakının Biləcəri qəsəbəsində bir neçə əsas yolun eyni vaxtda bağlanması sürücülərin hərəkətini çətinləşdirib. Qəsəbəyə dörd əsas istiqamətdən girişin olduğu halda, onların üçünün bağlı olması nəqliyyat sıxlığını daha da artırıb.
Avtosfer.az xəbər verir ki, Sulutəpə və Daş bazarı istiqamətindən Biləcəriyə giriş yolunun bir aydan çoxdur bağlı olduğu, 300 nömrəli məktəbin qarşısındakı yolun isə təxminən 10 gündür qazılaraq hərəkət üçün bağlandığı bildirilir. Şamaxinka istiqamətindən qəsəbəyə düşən yolun da asfalt örtüyünün yenilənməsi ilə əlaqədar bağlı olması alternativ yolları məhdudlaşdırıb.
Mövzu ilə bağlı jurnalist Amil Xəlil sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Biləcəri bu dəqiqələrdə “blokada”dadır desək, həqiqətən yerinə düşər:
“Dörd tərəfdən əsas girişi var, onun üçü hazırda bağlıdır. Məsələ ondadır ki, Biləcərinin Sulutəpə, Daş bazarı adlanan ərazisindən Biləcəriyə daxil olan yol var. Həmin yolu bəlkə də bir aydan çoxdur bağlayıblar. İndi burada tıxacdır. Sürət saatda 5 kilometrdir deyə rahat çəkə bilirəm. Onsuz da dayana-dayana hərəkət edirik. Biləcərinin 5 nömrəli, indiki adı ilə 300 nömrəli məktəbin qarşısındakı yolu da təxminən 10 gündür qazıblar və bağlayıblar. Lakin hələ də təmir işləri yekunlaşmayıb. Belə xəndək qazılıb və olduğu kimi qalıb. Biləcərinin kəndi tərəfdən də vəziyyət eynidir. Şamaxinka adlanan ərazidən Biləcəriyə düşən yol var. Həmin yolu da asfalt örtüyü çəkiləcəyi üçün bağlayıblar. Heç olmasa bu yollardan birini açardılar ki, insanlar alternativ yoldan rahat istifadə edə bilsinlər. Hazırda bir alternativ yol var, o da Azadlıq prospekti, daha doğrusu, "Azadlıq metrosu" və Rəsulzadə qəsəbəsi tərəfdən gələn yoldur. Orada isə onsuz da hər zaman tıxac olur”.
Onun sözlərinə görə, məsələ ondadır ki, işi qurtarıblar, sadəcə bizdə problem təsdiq məsələsidir:
“Hansı qurum işi görür, digər qurum gəlib baxmalıdır, ondan sonra başqa qurum da gəlib təsdiqləməlidir. Problem də budur. Bəlkə də işlərini vaxtında təhvil verirlər, amma təsdiq gözləməlidirlər. Kimsə gəlib baxmalıdır, sonra icra hakimiyyətinə məlumat verilməlidir. Belə qarmaqarışıq məsələdir. Bir işi dörd qurum görür və buna görə də bu cür problemlər yaşanır. Bəlkə də bir saatdan çoxdur ki, öz məhləmizdən bu biri tərəfə güclə gəlib keçmişəm. İnsanlar ciddi çətinlik çəkir. Heç olmasa, bildiyim qədərilə, Sulutəpə tərəfdən, “Ekoloji post”dan gələnlərin Biləcəriyə daxil olduğu yol hazırdırsa, onu açmaq olar. Heç olmasa məktəbin qarşısında svetofor qoyublar, amma yol onsuz da bağlıdır. Avtovağzal tərəfdən gələn yol da bağlıdır. Heç olmasa svetoforda yaşıl işığı yandırsınlar ki, sürücülər düz hərəkət etsinlər. İndi yolu tanıyan da var, tanımayan da. Sürücü görür ki, yol bağlıdır, amma oturub svetoforun 40-60 saniyəlik qırmızı işığının dəyişməsini gözləyir. Nəticədə tıxac Biləcərinin o biri başına qədər uzanır. Biləcəriyə dörd tərəfdən giriş var, amma hazırda onların üçü bağlıdır”.
Fatimə
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ










