Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ

Çinin Orta Dəhlizə marağı son illərdə ardıcıl şəkildə artsa da, qlobal nəqliyyat və logistika marşrutlarında baş verən dəyişikliklər fonunda bu maraq daha da güclənib.
Avtosfer.az xəbər verir ki, Avropa ilə Asiyanı birləşdirən ən mühüm alternativ nəqliyyat marşrutlarından biri hesab olunan Orta Dəhliz yükdaşımaların daha çevik və etibarlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Bu səbəbdən Çin də ixrac və tranzit imkanlarını genişləndirmək, tədarük zəncirlərini şaxələndirmək və beynəlxalq ticarətdə riskləri azaltmaq məqsədilə bu marşruta marağını artırır. Bəs Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Çinin Orta Dəhlizə marağının artmasının bir sıra səbəbləri var:

"Azərbaycan da bu marşrutun əsas ölkələrindən biri olduğu üçün bu maraq tamamilə başadüşüləndir. Çin indiyədək Avropa ilə ticarətinin əsas hissəsini dəniz yolu vasitəsilə həyata keçirirdi, eyni zamanda şimal marşrutlarından da geniş istifadə olunurdu. Lakin hazırda həm cənub istiqamətində, yəni dəniz nəqliyyatında husilərin hücumları və dəniz təhlükəsizliyi ilə bağlı risklərin artması, həm də şimal marşrutunda Rusiya–Ukrayna müharibəsinin yaratdığı təhlükələr Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Bu isə regional inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə nəzərə almaq lazımdır ki, uzun illər Azərbaycan və Ermənistan arasındakı münaqişə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin tam şəkildə formalaşmasına mane olurdu. Buna görə də region ölkələri bu marşrutlardan istədikləri səviyyədə istifadə edə bilmirdilər".
Politoloq qeyd edib ki, hazırda isə bölgədə əvvəlki kimi aktiv müharibə vəziyyəti yoxdur və bu da sabitliyin möhkəmlənməsi üçün yeni imkanlar yaradır:
"Bu baxımdan nəqliyyat marşrutlarından istifadənin genişlənəcəyi gözlənilir. Eyni zamanda nəqliyyat qovşaqlarının inkişafı istiqamətində işlər davam etdirilir. Zəngəzur dəhlizi istiqamətində layihələr üzərində iş aparılır. TRACECA layihəsinin tam şəkildə həyata keçirilməsi ilə Cənubi Qafqazın nəqliyyat infrastrukturu daha da genişlənəcək, logistika marşrutlarının və yükdaşımaların əhəmiyyəti artacaq. Bütün bunlar ikitərəfli və çoxtərəfli iqtisadi münasibətlərin inkişafı üçün daha əlverişli şərait formalaşdıracaq. Məhz bu amillər Çinin Orta Dəhlizə marağını artırır. Eyni zamanda, Avropa üçün də bu marşrut qarşılıqlı ticarətin genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır".
Fatimə Dadaşova
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO












