İran–Oman razılaşması Orta Dəhlizə necə təsir edəcək? – AÇIQLAMA

İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz keçidlə bağlı əldə olunan razılıq beynəlxalq yükdaşımalar və dəniz logistikası baxımından diqqət çəkən hadisələrdən biri hesab olunur.
Avtosfer.az xəbər verir ki, yeni marşrutun müəyyənləşdirilməsi regionda gəmiçilik təhlükəsizliyinin artırılmasına, yük axınının daha sabit şəkildə davam etməsinə və beynəlxalq ticarət marşrutlarının fəaliyyətinə təsir göstərə bilər. Bəs bu razılaşma regional logistika və Azərbaycanın tranzit imkanları üçün hansı perspektivlər yaradır?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, İran və Oman arasında əldə olunan razılaşma, ümumilikdə, Hörmüz boğazının gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu razılaşmanın bölgədə vəziyyətin sabitləşməsinə töhfə verəcəyi gözlənilir. Oman gərginliyin artmasına imkan verməyərək İranla dialoq yolu seçdi və mövcud məsələlərin həlli istiqamətində real addımlar atdı. Bu, həm diplomatik baxımdan Oman üçün mühüm uğur, həm də Körfəz regionunda sabitliyin qorunması istiqamətində vacib addımdır. Razılaşma Körfəzin ərəb ölkələrinin də maraqlarına uyğundur. Çünki neftin dünya bazarlarına təhlükəsiz və fasiləsiz daşınması üçün alternativ marşrutların müəyyənləşdirilməsi və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Bu cür addımlar regionda iqtisadi fəallığın artmasına da müsbət təsir göstərə bilər".
Politoloq qeyd edib ki, gələcəkdə körfəzdə mövcud digər problemlərlə bağlı da danışıqların davam etdirilməsi və yeni razılaşmaların əldə olunacağı istisna edilmir:
"Bu razılaşma Azərbaycanın tranzit imkanları, enerji ixracı və Orta Dəhlizdəki mövqeyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan regionda sabitliyin və nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunmasında maraqlıdır. Xüsusilə Çinlə Avropa arasında yükdaşımalarının fasiləsiz həyata keçirilməsi, beynəlxalq ticarət yollarında risklərin azalması Orta Dəhlizin inkişafına müsbət təsir göstərəcək. Nəticə etibarilə, bölgədə sabitliyin möhkəmlənməsi Azərbaycanın tranzit potensialının daha da artmasına və logistika imkanlarının genişlənməsinə şərait yarada bilər".
Fatimə
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












