Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA

Kuryk–Bakı (Ələt) bərə xəttində sərnişin daşımalarının bərpası Azərbaycanla Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm addım ola bilər. Bu xəttin yenidən fəaliyyətə başlaması Xəzər üzərindən sərnişin daşımalarında alternativ imkanlar yarada bilər.
Avtosfer.az xəbər verir ki, bərə reyslərinin bərpasının Bakı ilə Qazaxıstan arasında gediş-gəlişə, eləcə də Azərbaycanın regionda tranzit mövqeyinə mümkün təsirləri müzakirə olunur.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Kuryk–Bakı xəttində sərnişin daşımalarının bərpası Azərbaycan–Qazaxıstan münasibətlərinə həm siyasi, həm də iqtisadi baxımdan müsbət təsir göstərə bilər:

"Bu marşrut sadəcə iki liman arasında nəqliyyat əlaqəsi deyil. Xəzər üzərindən Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən mühüm kommunikasiya xəttidir. Sərnişin daşımalarının yenidən başlaması iki ölkə arasında qarşılıqlı səfərləri asanlaşdıracaq. Bu da biznes əlaqələrinin, turizmin, humanitar münasibətlərin və insanların qarşılıqlı hərəkətliliyinin artmasına şərait yaradacaq.
Azərbaycan və Qazaxıstan son illərdə nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirirlər. Bu baxımdan Kuryk–Ələt marşrutunun fəaliyyəti iki ölkənin Xəzər üzərindən bir-birinə daha sıx bağlanmasına imkan verir. Xüsusilə Orta Dəhlizin inkişaf etdiyi bir mərhələdə belə bağlantıların əhəmiyyəti daha da artır. Çünki söhbət yalnız yük daşımalarından getmir. Nəqliyyat dəhlizlərinin davamlı işləməsi üçün sərnişin əlaqələrinin də inkişafı vacibdir. Bu marşrut Azərbaycanın Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirir. Qazaxıstan isə Azərbaycan üzərindən Türkiyə və Avropa istiqamətində əlavə bağlantı əldə edir. Beləliklə, Xəzərin iki sahili arasında nəqliyyat əlaqələrinin güclənməsi hər iki ölkənin regional tranzit imkanlarını artırır. Bu, uzunmüddətli perspektivdə ticarət dövriyyəsinə də müsbət təsir göstərə bilər.
Siyasi baxımdan isə belə layihələr Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın praktiki məzmununu gücləndirir. Çünki dövlətlərarası münasibətlərin gücü yalnız siyasi bəyanatlarla ölçülmür. Real nəqliyyat xətlərinin, logistika marşrutlarının və iqtisadi layihələrin fəaliyyət göstərməsi münasibətləri daha dayanıqlı edir. Kuryk–Ələt xətti də bu baxımdan iki ölkənin bir-birinə bağlılığını artıran amillərdən biridir".
Fatimə
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO










