Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar

Türkiyənin Çerkezköy–Kapıkule dəmir yolu xəttinin əsas hissəsinin tikintisinin başa çatdırılması Orta Dəhlizin Avropaya çıxışı baxımından mühüm addım kimi qiymətləndirilir. Xəttin oktyabrın 9-da rəsmi açılışının Türkiyənin Avropa dəmir yolu şəbəkəsi ilə bağlantısını daha da gücləndirəcəyi gözlənilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu layihənin Azərbaycan üçün də xüsusi əhəmiyyəti var.

Ekspertin sözlərinə görə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti artıq Orta Dəhlizin əsas seqmentlərindən birinə çevrilib. Türkiyənin Avropa istiqamətində dəmir yolu infrastrukturunun genişləndirilməsi isə Çin–Mərkəzi Asiya–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu üzrə yükdaşımaların və tranzit imkanlarının artırılması üçün əlavə şərait yaradır.
Orta Dəhlizin inkişafına yalnız yükdaşımaları prizmasından yanaşmaq düzgün olmaz. Avropa–Türkiyə–Qafqaz arasında müasir sərnişin dəmir yolu bağlantısının yaradılması da perspektivli istiqamətlərdən biri ola bilər.
Ekspert tarixi Şərq Ekspressinin Qafqaz və Xəzər sahili boyunca Bakı istiqamətində uzadılması ideyasını da diqqətəlayiq hesab edir. Onun sözlərinə görə, belə bir marşrutun yaradılması turizmin inkişafına, sərnişin mobilliyinin artırılmasına və regionlararası əlaqələrin gücləndirilməsinə ciddi töhfə verə bilər.
Rauf Ağamirzəyevin fikrincə, Orta Dəhliz gələcəkdə yalnız yük daşımalarının həyata keçirildiyi tranzit xətt deyil, həm də sərnişin və turizm dəhlizi kimi formalaşa bilər. Bu baxımdan Azərbaycan üçün Avropa ilə Qafqaz arasında yeni dəmir yolu bağlantılarının yaradılması həm nəqliyyat, həm də turizm baxımından əlavə imkanlar aça bilər.
Eltac Züflüqaroğlu
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz












