Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT

Türkiyədə Orta Dəhlizin inkişafı istiqamətində dəmir yolu infrastrukturunun modernləşdirilməsi planlaşdırılır. Şərqi Anadolu bölgəsindən Gürcüstan sərhədinədək uzanan dəmir yolu xəttinin yenilənməsi yükdaşımaların səmərəliliyinin artırılması və Şərq-Qərb nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlunun açıqlamasına əsasən, Divriği–Ərzincan–Ərzurum–Qars–Gürcüstan sərhədi istiqamətində 667 kilometrlik dəmir yolu xəttinin modernləşdirilməsi üzrə tikinti tenderinin 22 dekabr 2026-cı ildə keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində dəmir yolu infrastrukturunun və üst quruluşunun bərpası, xəttin elektrikləşdirilməsi, eləcə də siqnalizasiya və telekommunikasiya sistemlərinin yenilənməsi planlaşdırılır. İşlərin Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və İslam İnkişaf Bankının birgə maliyyələşdirməsi ilə həyata keçirilməsi, tikintinin isə dörd il ərzində tamamlanması nəzərdə tutulur.
Rauf Ağamirzəyevin fikrincə, bu cür layihələr Orta Dəhlizin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dəmir yolu infrastrukturunun yenilənməsi marşrutun buraxılış imkanlarının artırılmasına, yükdaşımaların daha səmərəli təşkilinə və Avrasiya məkanında alternativ nəqliyyat bağlantılarının gücləndirilməsinə şərait yarada bilər.
Diqqət çəkdiyi digər istiqamət isə Qarsdan Azərbaycan istiqamətində dəmir yolu infrastrukturunun inkişafıdır. Bu istiqamətdə 224 kilometrlik xəttin nəzərdə tutulması regionda nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Orta Dəhlizin səmərəliliyi ayrı-ayrı ölkələrdə həyata keçirilən layihələrlə yanaşı, dəmir yolu şəbəkələrinin bir-biri ilə uzlaşdırılmasından, sərhəd-keçid prosedurlarının sadələşdirilməsindən və yükdaşımaların vaxtının azaldılmasından da asılıdır.
Azərbaycan üçün əsas məsələlərdən biri Türkiyədə və regionun digər ölkələrində yaradılan yeni imkanlardan istifadə edərək tranzit daşımalarının həcmini artırmaq, logistika xidmətlərinin rəqabətqabiliyyətliliyini yüksəltmək və ölkənin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolunu gücləndirməkdir.
Eltac Züflüqaroğlu
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV













