Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ

Cənubi Qafqazda nəqliyyat və logistika layihələrinin genişlənməsi Azərbaycanın regionda tranzit imkanlarını və strateji əhəmiyyətini daha da artırır. Orta Dəhliz və Zəngəzur marşrutu üzrə planlaşdırılan bağlantılar Azərbaycanın Şərq-Qərb nəqliyyat xəttində mövqeyini gücləndirməklə yanaşı, ölkənin regional əməkdaşlıqdakı rolunu da ön plana çıxarır.
Avtosfer.az xəbər verir ki, “Black and Caspian Freight Forum” 2026 çərçivəsində Orta Dəhliz və Zəngəzur marşrutu ilə bağlı müzakirələrin aparılması bu layihələrə artan marağın göstəricilərindən biri kimi qiymətləndirilir.
Bəs bu marşrutların inkişafı Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi mövqeyinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi, türk dünyasının birləşməsi üçün çox mühüm əhəmiyyət daşıyan məsələdir:

"Bu, Türkiyə ilə Mərkəzi Asiyanın birləşməsində əsas vasitələrdən biridir. Eyni zamanda, Orta Dəhliz layihəsinin də reallaşması regionun gələcəyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tərəflər arasında münasibətlərin nizamlanması ümumi prosesin inkişafına böyük töhfə verəcək. Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafı, əlbəttə ki, regionda mövcud güc balansının dəyişməsinə təsir göstərəcək. Logistika baxımından da bu layihələr xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Zəngəzur dəhlizinin reallaşması, artıq həyata keçirilən texniki proseslərin tamamlanması ümumilikdə tarixi İpək Yolunun bərpası baxımından da mühüm əhəmiyyətə malikdir. Bu layihə təkcə türk dünyasının birləşməsi baxımından deyil, həm də tarixi İpək Yolunun bərpası və regional logistika imkanlarının inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin və Türkiyənin xüsusilə nəqliyyat-logistika xətləri ilə birləşməsi ümumi türk dünyasının gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir".
Politoloq qeyd ediki ki, bu proses, eyni zamanda, region ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə və qarşılıqlı ticarət dövriyyəsinin artmasına imkan yaradacaq:
"Yeni nəqliyyat marşrutlarının formalaşması yükdaşımaların sürətlənməsinə, daşınma xərclərinin azalmasına və regionun beynəlxalq ticarətdə rolunun güclənməsinə şərait yarada bilər. Azərbaycanın bu prosesdə əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturu xüsusi üstünlük təşkil edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Şərq-Qərb istiqamətində alternativ və daha səmərəli bağlantıların yaranması gözlənilir. Bununla yanaşı, layihələrin həyata keçirilməsi region ölkələri arasında siyasi və iqtisadi qarşılıqlı asılılığın artmasına, uzunmüddətli əməkdaşlıq üçün yeni imkanların yaranmasına səbəb ola bilər. Nəticədə türk dövlətləri arasında nəqliyyat, ticarət, enerji və digər sahələrdə inteqrasiya proseslərinin daha da sürətlənməsi mümkündür".
Fatimə
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












