Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ

Bəzi tarixlər var ki, onları sadəcə təqvimdəki bir gün kimi qeyd etmək mümkün deyil. 27 Sentyabr da bizim üçün belə tarixlərdəndir. Bu tarix həm Vətən müharibəsinin başladığı gün, həm də minlərlə ailənin həyatını dəyişən ağır və şərəfli bir yolun başlanğıcı kimi yaddaşımıza həkk olunub.
Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə başladı. Qarşıda bizi 44 gün davam edən ağır döyüşlər, böyük sınaqlar və böyük Zəfər gözləyirdi.

Bu Zəfərin arxasında isə ilk növbədə canını Vətənə fəda edən şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və Azərbaycan əsgərinin misilsiz fədakarlığı dayanır.
Onların arasında həyatının ən gözəl çağında olan gənclər, ailəsinə son dəfə sarılıb cəbhəyə yollanan atalar, övladlarının üzünü son dəfə görən oğullar vardı. Onlar öz arzularından, sevdiklərindən və həyatlarından keçərək Vətənin bütövlüyünü öz canlarından üstün tutdular.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi qəhrəmanlıq tariximizin ən mühüm səhifələrindən birinə çevrildi. Şuşanın azad edilməsi ilə Zəfər yolunun ən möhtəşəm səhifələrindən biri yazıldı və 10 noyabrda üçrəngli bayrağımızın Qarabağda dalğalanması ilə böyük bir tarixi ədalət bərpa olundu.

Amma bu Zəfərin sevincinin içində heç vaxt unutmamalı olduğumuz bir həqiqət var: bu torpaqların azadlığı şəhidlərimizin canı bahasına qazanılıb.
Bu gün onların hər birini ehtiramla yad edirik. Adını bildiyimiz və bilmədiyimiz bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların ailələrinin yaşadığı həsrət, övladlarının qəlbindəki boşluq bizim üçün heç vaxt adi bir məsələ olmamalıdır.
27 Sentyabr bizə xatırladır ki, Vətən sevgisi yalnız sözlə ifadə olunmur. Bəzən bu sevginin ən böyük sübutu insanın öz həyatını Vətənə qurban verməsidir.
Bu gün bizə düşən ən böyük vəzifələrdən biri onların xatirəsini yaşatmaq, adlarını unutdurmamaq və gələcək nəsillərə çatdırmaqdır.
2020-ci ilə qədər 27 Sentyabr tarixi Azərbaycan tarixində Sentyabr sözünün kiçik hərflə yazıldığı bir gün idi. Lakin müharibədə verdiyimiz canlar, qanlar hesabına Sentyabr sözündəki “S” hərfi də böyüdü. Elə Azərbaycan torpaqlarının bərpası, Azərbaycan torpaqlarının bütövlüyü kimi. Sentyabr sözü öz əsl mənasını məhz 2020-ci ildən etibarən almağa başladı və 27 Sentyabr Azərbaycan tarixi üçün böyük bir günə çevrildi.
.jpeg)
Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə can sağlığı versin.
Vətənimiz daim var olsun.
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO






















