Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO

Azərbaycanda uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası hazırlanır. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda avtomobil nəqliyyatının emissiya faizinin azaldılması və elektromobillərə keçidin sürətləndirilməsi nəzərdə tutulur. Sənədə əsasən, 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılmasının planlaşdırılması, 2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, verilən qərar avtomobil sahiblərini çaşbaş salıb:

“Mənə sual verirlər ki, benzin və dizel mühərrikli avtomobillərin taleyi necə olacaq? Bu avtomobillərin qiymətləri artacaq, yoxsa azalacaq? Bəri başdan deyim ki, ekoloji standartlara cavab verməyən avtomobil parkının yenilənməsi planlaşdırılır. Bu o deməkdir ki, ilkin mərhələdə bu prosesin həlli istiqamətində addımların atılması nəzərdə tutulub. Hazırda “Təmiz şəhər” ASC” tərəfindən köhnə avtomobillərin utilizasiya prosesi həyata keçirilir və proses getdikcə inkişaf edir. Qurumdan vaxtaşırı avtomobilini utilizasiyaya təhvil verənlərin sayında kifayət qədər artımın olduğu barədə məlumatlar əldə edirik.
Məlumatda o da qeyd olunur ki, xüsusi təşviq proqramları vasitəsilə sərnişindaşıma sahəsində elektromobillərin sayı əhəmiyyətli dərəcədə artırılacaq”
Daha ətraflı aşğıdakı videoda:
Səfər
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












