Zakir Həsənovun qardaşı Elçibəyin dövründə bu vəzifədə işləyib - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun böyük qardaşı, polkovnik Eldar Həsənovun mərhum Prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə yüksək vəzifədə işlədiyi məlum olub. Avtosfer.az xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində çalışıb.
Adacığı “moyka”ya çevirən sürücü təlimçiyə kobud cavab verərək əl-qol atdı - VİDEO
Belə ki, Əbülfəz Elçibəy 1992-ci il iyul ayının 17-də Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin yaradılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə yaradılıb. Eyni zamanda, Eldar Əsgər oğlu Həsənov idarənin rəisi təyin edilib. Onun təyinatında əvvəllər tutduğu vəzifə və təcrübəsi mühüm rol oynayıb.
Belə ki, E.Həsənov SSRİ dövründə Zaqafqaziya Hərbi Dairəsinin Xüsusi şöbəsinin rəisi vəzifəsində çalışıb. Eyni zamanda, Bakıda yerləşən hərbi hissədə də eyni vəzifəni daşıyıb.
Polkovnik E.Həsənov Prezident yanında Xüsusi İdarənin rəisi vəzifəsində təxminən, 6-7 ay işləyib. Ə.Elçibəy Eldar Həsənovu vəzifəsindən azad edib.
Məlumata görə, Zakir Həsənovun qardaşı Xüsusi İdarənin rəisi postundan gedəndən sonra universitetlərin birində dərs deyirmiş. O, son illərədək ali məktəbdə çalışıb.

İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












