Adacığı “moyka”ya çevirən sürücü təlimçiyə kobud cavab verərək əl-qol atdı - VİDEO

Paytaxtın Heydər Əliyev prospektində (Olimpiya Stadionunun VİP girişində) qayda pozan sürücü görüntülənib.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, 10-VM-078 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını təhlükəsizlik adacığının üzərində saxlayaraq yuyub. Bu zaman o, dəfələrlə hərəkət zolağına çıxıb və avtomobilin qapısını açıq vəziyyətdə saxlayıb. Nəticədə sürücü ərazidən keçən digər avtomobillər üçün ciddi təhlükə yaradıb.
Xoşagəlməz mənzərənin şahidi olan təlimçi sürücüyə yaxınlaşıb və onu maşını yolun sağ kənarına çəkərək işini görməyə çağırıb. Əks halda ərazidən keçən polis əməkdaşları tərəfindən cərimələnəcəyini əlavə edib. Sürücü isə “Qoy yazsın” deyərək hərəkətinə haqq qazandırıb və onun bu əməlini ictimailəşdirəcəyini bildirən təlimçiyə kobud şəkildə “Sən nəsən ki?” cümləsi ilə cavab verib.
Qeyd edək ki, avtomobili təhlükəsizlik adacığının üzərində park etmək və hərəkət zolağına çıxaraq nəqliyyat vasitəsinin qapısını açıq şəkildə saxlamaq digər sürücülər üçün ani qəzalara səbəb ola bilər. Bu cür hərəkətlər yalnız cərimə ilə nəticələnmir, həm də ərazidən keçənlərin həyatını təhlükəyə atır.
Nərmin
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












