135 saylı marşrut yeniləndi, yararsız yola görə son dayanacağa gedə bilmir - VİDEO

Xırdalan şəhərinin Ceyranbatan su anbarı istiqamətindəki hissəsində kanalizasiya sularının səviyyəsi yenidən yüksəlib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, su anbarına yaxınlıqda yerləşən və tullantı sularının cəmləşdiyi yerin yaxınlığında aparılan yol təmiri işləri də yarımçıq dayandırılıb.
Məlum olub ki, bu ərazidə yolun tamamilə yararsız hala düşməsi səbəbindən 135 saylı müntəzəm marşrut xəttinin fəaliyyəti də pozulub. Yol problemi ilə əlaqədar iritutumlu müasir tipli avtobuslar Bakı Mühəndislik Universiteti istiqamətində hərəkət edə bilmir. Xırdalan şəhəri Həsən Əliyev küçəsi istiqamətində -120 yolu adlanan ərazidə yolun keçilməz olması, dərin çalaların mövcudluğu müasir tipli alçaqdaban avtobusların hərəkətini mümkünsüz edib.
Yaranmış vəziyyət səbəbindən sentyabr ayından etibarən Bakı Mühəndislik Universitetinin tələbələrinin daşınmasında ciddi çətinliklərin olacağı qaçılmaz olacaq.
Məsələ ilə bağlı 135 saylı xətt üzrə sərnişinlərə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirildi ki, uzun illərdir qeyd edilən ərazidə yol problemi qalmaqdadır: “Tərəfimizdən marşrut xəttinə müasir tipli avtobusların verilməsi təmin edilib. Yol problemi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin qeyd edilən ərazidə yolun bərpası həyata keçirilməyib”.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












