14 erməninin 30 milyonluq dələduzluq işi üzrə ifşa əməliyyatının TƏFƏRRÜATLARI

“Fox News” telekanalı Los-Ancelesdə dələduzluq yolu ilə 30 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunan erməni cinayətkar dəstəsinin ifşa edilməsinin eksklüziv görüntülərini yayımlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 14 erməni ABŞ hökumətinin ehtiyacı olanlara dəstək məqsədilə ayırdığı on milyonlarla dolları mənimsəməyə cəhddə ittiham olunur.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin (Department of Homeland Security - DHS) telekanala təqdim etdiyi kadrlarda şübhəlilərdən birinin - Uilyam Makqreyan təxəllüsü altında gizlənən kişinin saxlanılma anı qeydə alınıb. O, Los-Ancelesdəki evində həbs edilib.
"Müstəntiqlər Makqreyanı COVID-19 pandemiyası dövründə yardım və kiçik biznesə dəstək üçün nəzərdə tutulan təxminən 30 milyon dollar məbləğində vəsaiti mənimsəmiş transmilli cinayətkar şəbəkənin "beyni" hesab edirlər", - “Fox News”un müxbiri qeyd edir.
DHS-in məlumatına görə, keçirilmiş əməliyyat nəticəsində əksəriyyəti artıq ABŞ vətəndaşlığı almış 14 nəfər saxlanılıb. Onlara qarşı sövdələşmə, bank köçürmələrində dələduzluq və pulların yuyulması ittihamları irəli sürülüb.
İstintaq müəyyən edib ki, cinayətkarlar saxta sənədlərdən istifadə edərək bir neçə saxta şirkət yaradıblar. Mənimsənilmiş vəsaitin bir hissəsi evlərin və lüks əşyaların alınmasına xərclənib, qalan vəsait isə Ermənistana köçürülüb ki, bu da onun izlənilməsini çətinləşdirib. Ümumilikdə, fırıldaqçılar federal büdcədən təxminən 47 milyon dollar istəyiblər və bu məbləğin 30 milyon dollara qədərini mənimsəyə biliblər.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












