146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza istədi

Ötən il Türkiyənin Bursa şəhərində həyat yoldaşı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirən Azərbaycan vətəndaşı Salican Mehmetin məhkəməsi davam etdirilir.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bursa 19-cu Ağır Cinayətlər Məhkəməsində keçirilən bu dəfəki prosesdə Arzunun anası Zülfiyyə Xəlilova da iştirak edib.
Daha əvvəl Salican Mehmetdən şikayətçi olmadığını bildirən zərərçəkmiş şəxsin anası bu dəfə fikrini dəyişib. O, Salicana ağır cəza verilməsini tələb edib və ondan şikayətçi olduğunu ifada edib.
Bundan başqa, Salican Mehmetin ruhi-psixioloji vəziyyətinin qiymətləndirilməsi üçün əlavə ekspertizanın təyin edilməsi ilə bağlı qərar çıxarılıb.
Məhkəmədə ifadə verən S.Mehmet həyat yoldaşını qətlə yetirməyi əvvəldən planlaşdırmadığını, bir sıra yaxınlarının onu cinayətə təhrik etdiyini iddia edib.
Qeyd edək ki, daha əvvəlki məhkəmə prosesində S.Mehmet psixi xəstəlik keçirdiyini demiş və ekspertizanın təyin edilməsini tələb etmişdi.
Xatırladaq ki, hadisə 3 noyabr 2025-ci ildə Bursanın Yıldırım rayonunda yerləşən evdə qeydə alınıb. Məişət münaqişəsi zəminində baş verən hadisə zamanı Salican qayçını götürərək dini nikah əsasında evli olduğu qadına hücum edib. O, 146 dəfə qadına zərbə endirib. Zərbələrdən 72-si daxilə nüfuz edib.
Yerli prokurorluq 26 yaşlı Salicanın ömürlük həbsə məhkum olunmasını tələb edib. Cütlüyün 1 və 4 yaşlı iki azyaşlı qız övladı qalıb.
O da məlum olub ki, Salican Mehmet Azərbaycan, Arzu Xəlilova isə Rusiya vətəndaşıdır. (qafqazinfo)
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












