15 yaşlı qız evlənməkdən imtina etdiyi üçün QƏTLƏ YETİRİLDİ

İraqda 15 yaşlı məktəbli qızın evlənməkdən imtina etdiyi üçün ailə üzvləri tərəfindən qətlə yetirildiyi iddia olunur. Hadisə ölkədə böyük rezonans doğurub.
Avtosfer.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Bağdad ətrafında yaşayan Kövsər əl-Hüseycavi 13 yaşında məktəbdən çıxarılaraq özündən xeyli yaşlı bir kişi ilə evləndirilib. Məlumata əsasən, o, evlilik dövründə mütəmadi zorakılığa məruz qalıb və bir il sonra boşanıb.
Bundan sonra ailəsi yeniyetməni həbsdən yeni azad edilmiş əmisi oğlu ilə evləndirmək istəyib. Lakin Kövsər bu evliliyə razılıq verməyib. May ayının əvvəlində o, yenidən məcburi nikaha məruz qalmaq qorxusu ilə evdən qaçsa da, bir neçə gün sonra tapılaraq ailəsinə qaytarılıb.
Mərhumun qohumlarından birinin sözlərinə görə, qızın atası, əmisi və onunla evləndirilməsi planlaşdırılan əmisi oğlu Kövsəri Bağdadın kənarına apararaq öldürüblər. İddialara əsasən, yeniyetməyə əvvəlcə dəfələrlə atəş açılıb, daha sonra isə başına balta ilə zərbə endirilib.
Hadisədən sonra sosial şəbəkələrdə ailənin bəzi kişi üzvlərinin küçədə rəqs edərək sevinc nümayiş etdirdiyini əks etdirən videolar yayılıb.
“Qızın ölümündən sonra ailədə yas saxlayan heç kim görmədim. Əksinə, bəzi kişilər bunu qeyd edirdilər”, – deyə qohumlardan biri bildirib.
O, həmçinin ailədəki digər qadınlarla birlikdə hadisə barədə jurnalistlərə və insan hüquqları müdafiəçilərinə məlumat verdiklərini, iş üzrə hərtərəfli istintaq aparılmasını tələb etdiklərini qeyd edib.
Hadisə İraqda qadın və qızların hüquqlarının qorunması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Hüquq müdafiəçiləri bildirirlər ki, qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcud olsa da, erkən nikahlar və “namus qətli” kimi tanınan cinayətlər ölkədə hələ də ciddi problem olaraq qalır.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












