211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB

Bakıda skuterə görə ana və övladını avtobusa mindirməyən 211 saylı avtobusun sürücüsü barəsində müvafiq intizam tədbiri görüləcək
Avtosfer.az xəbər verir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.
O vurğulayıb ki, videogörüntü ilə bağlı məsələ araşdırılıb.
"Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib. Bildiririk ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.
Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik.
Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq", - deyə Ə.Əliyeva qeyd edib.
***11:18
Bakıda 211 saylı avtobusun sürücüsü ilə sərnişin arasında gərginlik yaşanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, qadın övladı və onun kiçik skuteri ilə avtobusa daxil olur. Bu zaman sürücü avtobusa skuter və velosipedlə girməyin qadağan olduğunu bildirib. Nəticədə tərəflər arasında gərginlik yaşanıb. Ana övladının autizm xəstəsi olduğunu vurğulayaraq, piyada gəzməyin çətinliyini dilə gətirib. Buna baxmayaraq sürücü qadını və övladını avtobusdan düşürdüb.
Məsələ ilə əlaqədar AYNA-ya sorğu ünvanladıq. Cavab veriləcəyi təqdirdə xəbər yenilənəcək./baku.ws
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO












