22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI

Azərbaycanda daha bir tiktoker sosial şəbəkədə yaydığı əxlaqsız videoya görə məsuliyyətə cəlb olunub. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda qeydə alınıb. 22 yaşlı Məcid Poladov (ad və soyad şərtidir) tiktok hesabında özünə məxsus avtomobilin videosunu söyüşlü səs fonunda paylaşıb. Buna görə də o, polis şöbəsinə çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məcid Poladov ifadəsində əxlaqsız paylaşım edilən tiktok hesabının həqiqətən də özünə aid olduğunu etiraf edib. Lakin belə bir paylaşıma görə məsuliyyətə cəlb olunacağından xəbərsiz olduğunu deyib. Poladov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə o, 700 manat məbləğində cərimələnib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












