26 nəfərə qarşı dələduzluq edən "general"ın cinayət işi

26 nəfərə MİDA-nın mənzillərinin satmaq adı ilə dələduzluq edən "general"ın növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (kimi miqdarda dəlduqlu etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mirdaməd Əzizovun məhkəmə prosesində zərərərçəkən və şahidlər dindirilib. İlk olaraq zərərçəkən Hüseynova Arzu Fazil qızı ifadə verərək bildirib ki, Mirdaməd Əzizov onun qonşusu olub: "Bilirdim ki, MİDA- da mənzil işinə baxır. 4 otaqlı mənzil üçün 30 min manat ödəmişəm, 2023-cü ilin noyabr, dekabr aylarında 2 dəfəyə vermişəm. Yeganə sənəd olaraq şəxsiyyət vəsiqəmi almışdı. Dəymiş ziyandan heç nə ödənilməyib.
Təqsirləndirilən şəxs tezliklə Arzu xanımın pulunu qaytarmaq istədiyini bildirdi.
Sonra digər zərərçəkən Bahəddin Kazımov ifadə verdi: "2023-cü ilin yay aylarında 2 otaqlı mənzil üçün ilkin ödəniş kimi 6 min pul vermişəm. Yasamalda ev alqı-satqısı ofisi var idi, oradan tanımışam. Mirdamət özünü hər hansı qurumun əməkdaşı kimi təqdim etməyib.
Şahid qismində Novruz Verdiyev danışıb. Onun sözlərinə görə, Mirdamədi ziyalı bir insan kimi tanıyıb: "Mən tanışlarıma demişəm ki, Mirdaməd ev işinə baxır. Mən 3 nəfər şəxsdən 46 min manat pul alıb Mirdamədə vermişəm. Özüm əvvəl bankda çalışmışam. Mirdaməd "Qafqaz-media" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri idi, oradan tanımışam, tədbirlərdə iştirak edən zaman.
Digər şahid QHT sədri, millət vəkilliyinə namizəd Xalid Mirzəyev Mirdaməd Əzizovu özünü nəşriyyatda general kimi təqdim etdiyini eşidib. Mənzil almaqla bağlı 3 şəxsdən pul alıb inanıb, güvənib vermişəm Mirdamədə. Hər üç şəxslə biryerdə Mirdamədlə görüşmüşük.
Təqsirləndirilən şəxs özünü general kimi təqdim etmədiyini bildirdi.
Mirdaməd Əzizov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Mirdaməd Əzizovun cinayət işi üzrə 27 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.
Midaməd Əzizovun həbsindən sonra barəsində yayılan məlumatlarda iddia olunur ki, o, özünü MİDA-nın vəzifəli şəxsi, general, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim edirmiş.
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO












