44 yaşlı kişi ilə qeyri-rəsmi yaşayan qadın döyüldü - SƏBƏB

Bakının Nizami rayonunda 44 yaşlı kişinin qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirməsi ilə bağlı cinayət işinə baxılıb. Avtosfer.az “demokrat.az”a istinadla xəbər verir ki, hadisə tərəflərin birgə yaşadıqları mənzildə baş verib. 1982-ci il təvəllüdlü Aqil (ad şərtidir) qeyri-rəsmi münasibətdə olduğu Ülkərlə (ad şərtidir) mübahisə edib. Araşdırma zamanı məlum olub ki, mübahisə Ülkərin Aqildən pul istəməsi səbəbindən, şəxsi münasibətlərin pozulması zəminində yaranıb. Mübahisə zamanı Aqil qisas almaq niyyəti ilə Ülkərin baş nahiyəsinə əli ilə bir dəfə zərbə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib. Faktla bağlı Aqilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması zamanı Aqilin qeyri-rəsmi münasibətdə olduğu qadınla barışdığı müəyyən edilib. Bu səbəbdən Ülkər ona qarşı şikayətini geri götürüb. Məhkəmə Aqilin barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edib. O, cinayət məsuliyyətindən azad edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












