46 yaşlı kişi güllələnərək öldürüldü - Keçmiş qaynı tutuldu - VİDEO - YENİLƏNİB

Ötən gecə Salyan rayonunun Qardili kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az APA TV-yə istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində kürəkənin öz qaynını ov tüfəngindən atəş açaraq qətlə yetirdiyi iddia olunur.
Qətl gecə saat 3 radələrində qeydə alınıb. Belə ki, rayonun Şəkərli kənd sakini, sərxoş vəziyyətdə olan 1966-cı il təvəllüdlü Natiq Sadıqovun ov tüfəngi ilə qaynı 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində qətlə yetirdiyi bildirilir.
"Gecə idi yatmışdıq. Gördüm ki, bir dənə "Ford" gəlib qapının ağzına, yeznəmin maşını idi. Oğlum durdu ayağa, getdi açdı qapını. Kürəkənim maşını saxlayan kimi silahı götürdü əlinə. Uşaq ayaqyolunun qapısından içəri girmək istəyəndə onu vurdu. Yıxıldı qapının ağzına, öldü. Ürəyinin başından vurdu. Ayağına, qoluna vursa idi, heç olmasa salamat qalardı. Dörd uşağı qaldı. Yoldaşı da ölüb", - deyə mərhumun anası bildirib.
***09:09
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












