69 yaşlı qadın evində baltalanaraq öldürüldü

Hadisə 12 İyun 2026 12:00
69 yaşlı qadın evində baltalanaraq öldürüldü
WhatsApp kanalımıza abunə olun

Masallı rayonunda qətl törədilib.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dünən səhər saatlarında Şıxlar kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb.

Məlum olub ki, o, gecə saatlarında yaşadığı evdə baltalanaraq qətlə yetirilib.

Hadisənin tamah məqsədilə törədildiyi ehtimal edilir.

Cinayətdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Oxunub : 80
ŞƏRH YAZ
Ad

E-mail

Şərh