8 Noyabr prospektində yol örtüyü davamlı çökür: Problem niyə köklü həll olunmur? - VİDEO

8 Noyabr prospektinin müəyyən hissəsində asfalt örtüyünün davamlı çökməsi sürücülər üçün təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, oxu.az-a müraciət edən vətəndaş bildirib ki, prospektin beton yol istiqamətində müəyyən hissəsində asfalt örtüyünün davamlı olaraq çökməsi müşahidə olunur.
Vurğulanır ki, aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirildiyi və təmir-bərpa işləri aparıldığı bildirilsə də, görülən işlər və onların nəticəsi barədə məlumat verilməyib.
Vətəndaşın sözlərinə görə, eyni nöqtədə yenidən ciddi çökmələrin yaranması problemin köklü səbəbinin aradan qaldırılmadığı ehtimalını yaradır. Müraciətdə torpaq bərkitməsi, su sızması, geoloji amillər və kommunikasiya sızmaları kimi mümkün səbəblərin araşdırılmasının vacibliyi vurğulanır.
Həmçinin qeyd olunur ki, yol örtüyündə yaranan çökmələr sürücülər üçün təhlükə yaradır və avtomobillərin zədələnməsinə səbəb ola bilər. Ərazinin hər dəfə yenidən təmir olunmasının isə dövlət büdcəsi və resurslarının səmərəsiz xərclənməsinə gətirib çıxara biləcəyi bildirilir.
Qeyd edək ki, 8 Noyabr prospektində əsaslı təmir işləri 2024-cü ildə aparılıb və prospektin asfalt-beton örtüyündə əvvəllər də çat və qabarmaların olduğu açıqlanıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












