ABŞ-də ağır təyyarə qəzası: HAMI ÖLDÜ - VİDEO

ABŞ-nin Florida ştatının Palm-Biç bölgəsində yerə çırpılan "Learjet 60" təyyarəsinin qadın pilotu qəzadan saniyələr öncə dispetçerlə əlaqə yaradaraq hündürlüyün kəskin şəkildə azaldığını bildirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Qəzet qadın pilotun son sözlərini belə təqdim edib:
"Dəqiqədə 8 min fut enirik, "meydey", "meydey", 10 min fut aşağı düşürük, sürətimiz artır, dəqiqədə 20 min fut eniş edirik".
Daha sonra o, fəryad edərək son olaraq bu sözləri qışqırıb:
"Biz indicə yerə çırpılacağıq! Lənət olsun, artıq vaxtımız qalmadı!"
Qeyd edək ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi bir müddət öncə Palm-Biçdə (Florida ştatı) küçəyə düşən təyyarənin göyərtəsində doqquz nəfərin olduğunu və faciə zamanı heç kimin sağ qalmadığını açıqlamışdı.
***
ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində qəzaya uğrayan "Learjet 60" biznes təyyarəsində olan doqquz nəfərin hamısı həlak olub.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkə hesabında məlumat verib."Bu gün Palm-Biç dairəsində baş verən təyyarə qəzası dəhşətli faciədir. Təyyarədə olan doqquz nəfərin hamısı həlak olub", - deyə o yazıb.
Daffi əlavə edib ki, təyyarə daha əvvəl Texas ştatının Ostin şəhərindən havaya qalxıb və Baham adalarına doğru hərəkət edirmiş.
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB













