ABŞ-də əlləri qandallı sərxoş sürücü polis patrul avtomobilini qaçırdı

ABŞ-nin Nyu-York şəhərində sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılan kişi polis patrul maşını ilə hadisə yerindən qaçıb.
Bu barədə Avtosfer.az "ABC News"a istinadən xəbər verir.
Məlumata görə, 37 yaşlı sürücü saxlanıldığı zaman sərxoşluq testindən keçə bilməyib.
Polis onu həbs edib, əl-qolunu qandallayıb və patrul maşınının arxa oturacağına əyləşdirib. Lonq-Aylend rayonundan olan sakin qandalları başının üstündən keçirməyə nail olub, təhlükəsizlik kəmərini açıb, ön oturacağa keçib və hadisə yerindən uzaqlaşıb. Daha sonra avtomobil hadisə yerindən təxminən beş kilometr aralıda tapılıb və kişi yaxınlıqdakı qəbiristanlıqda olub.
O, külli miqdarda oğurluq, oğurlanmış əmlakın qanunsuz saxlanılması, nəqliyyat vasitəsindən icazəsiz istifadə və sərxoş halda avtomobil idarə etməkdə özünü təqsirli bilib.
(oxu.az)
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












