ABŞ-də sərnişin uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdi

ABŞ-də sərnişin təxminən 5 500 metr yüksəklikdə uçan təyyarənin qapısını açmağa cəhd göstərib.
Avtosfer.az ABŞ mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 10-da Alyaskanın Dedxors şəhərindən Ankoricə uçan "Alaska Airlines"ın təyyarəsində baş verib.
Hallüsinasiya vəziyyətində olan Kassian Uilyam Frederiks adlı sərnişin dəfələrlə təyyarənin arxa qapısını açmağa çalışıb. Şahidlərin sözlərinə görə, uçuş vaxtı o, özünü qeyri-adekvat aparıb və narahatedici ifadələr işlədib. Pəncərəni necə sındıra biləcəyini soruşub və ətrafdakılara həddindən artıq içki qəbul etdiyini deyib. Daha sonra dərman qəbul edib və davranışı bir az da pisləşib. Sərnişinlərdən üç nəfər K.Frederiksi tutub saxlayaraq, uçuşun sonuna qədər buraxmayıblar. Ekipaj təcili eniş etmək istəsə də, pilotlar uçuşu davam etdirmək qərarına gəliblər.
Təyyarə eniş edəndən sonra K.Frederiks xəstəxanaya aparılıb və həkimlərə 9-10 gündən bəri spirtli içki qəbul etdiyini deyib. Eyni zamanda, trazodon adlı dərmanı qəbul etdiyini və ömrünün son iki ilini xatırlamadığını bildirib. K.Frederiksə qarşı heyət üzvlərinin işinə müdaxilə ilə bağlı ittiham irəli sürülüb. Onu uzunmüddətli həbs cəzası gözləyir. Eyni zamanda, şirkət sərnişinə "Alaska Airlines" xidmətindən istifadəyə qadağa qoyub.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












