ABŞ-nin Azərbaycandakı səfirliyinin məsul əməkdaşına hökm oxundu

ABŞ-nin Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı Rafiq Göyüşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rafiq Göyüşovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib.
Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən “Turkish Red Bricks” yaşayış kompleksində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyinin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb.
O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.
İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.
Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.
Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












