ABŞ və İran yenidən müharibəyə başladı

ABŞ ordusu İranın Goruk rayonu və Keşm adasındakı radar və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb.
Avtosfer.az konkret.az-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bildirdiyinə görə, əməliyyat İranın beynəlxalq sularda uçan ABŞ dronunu vurmasına cavab olaraq həyata keçirilib.
CENTCOM həmçinin ABŞ qüvvələrinə və bölgədəki gəmilərə təhlükə yaradan hava hücumundan müdafiə sistemlərinin, idarəetmə məntəqəsinin və iki silahlı dronun məhv edildiyini bildirib.
İran tərəfi isə ABŞ-ın Hörmüzqan vilayətinin Sirik bölgəsindəki telekommunikasiya qülləsinə hücumuna cavab olaraq, ABŞ-la əlaqəli hərbi bazaya zərbə endirdiyini və hədəflərin vurulduğunu açıqlayıb. Tehran xəbərdarlıq edib ki, yeni hücum edilərsə, cavab daha sərt olacaq.
Bu arada Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarının qarşısını aldığını bildirir. Hadisə nəticəsində dağıntı və ya itkilər barədə məlumat verilməyib.
Qeyd edək ki, ABŞ və İran arasında apreldə elan olunmuş atəşkəs qüvvədə qalsa da, son aylarda tərəflər arasında bir neçə dəfə qarşılıqlı hərbi insidentlər baş verib.
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu












