Abşeron və Sumqayıt çimərliklərinə çəyirtkə axını - VİDEO - YENİLƏNİB

"Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov deyib.
O bildirib ki, bir neçə il bundan əvvəl də sözügedən ərazilərdə çəyirtkə yayılmışdı:
"Onda da Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama aparıldı və onlar məhv oldular. Görünür, haradasa onların populyasiyaları qalıb. Çəyirtkələr ildə iki-üç dəfə nəsil artırırlar.
Abşeronda bəzi bitki örtüyü zəngin olan yerlərdə məskunlaşır və qidalanırlar. Görünür, onların yumurta qoyduqları ərazilər ya əkin sahəsinə çevrilib, ya da oradakı bitki örtüyü ləğv edilib. Ona görə də qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər.
Qorxulu bir şey yoxdur".
***12:41
Sumqayıtda dənizkənarı ərazilərə çəyirtkələrin kütləvi axınının görüntüləri yayılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu həmin kadrları təqdim edir:
***
Çəyirtkələr Abşeron rayonu ərazisindəki çimərliyə axın edib.
Avtosfer.az Baku.ws-ə istinadla xəbər verir ki, görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə alınıb.
Kadrlarda çəyirtkələrin sahildəki zibillərin, şezlonqların üzərində gəzdiyi görüntülər yer alıb.
Sözügedən videonu təqdim edirik:
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












