Abşeronda kişi həyat yoldaşını dayanacaqda döydü

Abşeron rayonunda kişi həyat yoldaşını küçədə döyüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun "Atyalı" yaşayış massivindəki avtobus dayanacağında baş verib.
1992-ci il təvəllüdlü Cavid Bəbirov A.Bəbirova ilə 2016-cı ildə ailə həyatı qurub və birgə nikahdan 4 övladları dünyaya gəlib. 2025-ci ildə ailədə narazılıq yarandığı üçün qadın övladlarını da götürüb atasının yaşadığı evə gedib və geri qayıtmayıb. Cavid onun geri qayıtmasını istəsə də, qadın onun bu təklifindən imtina edib.
Bir neçə gün öncə qadın 9 yaşlı qızını məktəbdən gətirərkən dayanacaqda Cavidlə rastlaşıb. Cavid uşağı ilə görüşmək istəyəndə qadın buna mane olur və aralarında mübahisə yaranıb. Mübahisə zamanı Cavid dayanacaqda həyat yoldaşını döyərək ona xəsarətlər yetirib.
Hadisə yerinə polis əməkdaşları gəlib və C.Bəbirov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş Abşeron Rayon Məhkəməsinə göndərilib. Qarşı tərəf məhkəmə proseslərinə gəlməkdən və ifadə verməkdən imtina etdiyi üçün C.Bəbirov cinayət məsuliyyətindən azad edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












