Afət Telmanqızına qarşı dələduzluq edildi

Əməkdar jurnalist Afət Telmanqızı dələduzluqla üzləşib.
Avtosfer.az xəbər verir ki, teleaparıcı bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.
O, evində kirayə qalan Aygün Cavadova adlı qadının oğlu ilə birlikdə ona məxsus mənzili ötən ay qarət edərək qaçdığını deyib. Qeyd edib ki, həmin şəxs “şəhid qızı” olduğunu deyərək əməllərinə davam edir.
Jurnalistin sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunduqdan sonra Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilini kirayə verib:
“Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı yanvarın 15-dən kirayənişin kimi evimə yerləşib. O, yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayəhaqqı ödəmədən 10-15 gün yaşayır. Daha sonra kirayəhaqqını ödəyəcəm deməklə yalan vədlər verərək vaxt uzadır, ən sonunda evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqlar edir”.
Aparıcı sözügedən şəxsin görüntüsünü yayaraq onun 4 sutkalıq həbs edildiyini, hazırda isə azadlıqda olduğunu vurğulayıb: “Səs yazısı göndərib mənə hədə-qorxu gəlir”.
A.Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub da ünvanlayıb.


Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












