Ağac hərəkətdə olan maşının üstünə aşdı - Gəlin-qayınana yaralandı - FOTO

Lənkəranda hərəkətdə olan avtomobilin üzərinə ağac aşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında (ödənişsiz yol), rayonun Parakənd kəndi ərazisində baş verib.
Belə ki, Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Müzəffərovun idarə etdiyi “Vaz-2107” markalı avtomobil hərəkətdə olarkən yol kənarındakı ağac aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.
Hadisə nəticəsində avtomobildə olan sürücünün 1988-ci il təvəllüdlü qızı Nüşabə Müzəffərova və onun 1960-cı il təvəllüdlü qayınanası Təzəgül Babayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Məlumata görə, hadisə zamanı xəsarət alan T.Babayeva elə yerləşdirildiyi xəstəxanaya əvvəlcədən yazıldığı həkim qəbuluna aparılırmış.
Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə aşma təhlükəsi olan digər çürümüş ağaclar da mövcuddur. Bu barədə aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem aradan qaldırılmayıb.
Faktla bağlı araşdırma aparılır.



Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












