Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a komitədən məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
***14:41
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
Bələdiyyəsi sədri saytımızın bu barədə sualına cavab verə bilməyib. O, cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib: "Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".
Qeyd edək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağandır. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












