Ağdamda 39 yaşlı kişi göbələkdən zəhərlənib öldü - YENİLƏNİB

"Ağdam sakininin göbələkdən zəhərlənərək ölməsi ilə bağlı yayılan məlumatlar Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin əməkdaşları tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən qoyulmuş ilkin diaqnoza əsasən, həmin şəxsin ölüm səbəbi kimi ürək və ağciyər çatışmazlığı göstərilir:
"Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən şəxsə ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib:
"Mayın 28-i saat 15:15-də bir nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.
Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib".
***11:11
Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb.
Avtosfer.az xəbər verir ki, rayonun Şurabad kənd sakini 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlunun göbələk yedikdən sonra halı pisləşib.
M.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












