Ağdamda 6 nəfər tortdan zəhərləndi - YENİLƏNİB

Bu gün saat 01:10-da zəhərlənmə şübhəsi ilə beşi böyük, biri uşaq olmaqla altı nəfər (üç nəfər kişi, üç nəfər qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, onların hər birinə dəqiqləşdirilməmiş zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib:
"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".(oxu.az)
***12:11
Ağdamın Ağdam rayonunun Əfətli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, 1962-il təvəllüdlü Əsədova Gülbuta, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Onların tortdan zəhərləndiyi ehtimal olunur.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












