Ağdamdakı görüntü ilə bağlı - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Ağdam şəhərində inşa edilmiş binalarla bağlı görüntülər yayılıb.
Avtosfer.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Ağdam şəhərində yeni inşa edilmiş ikinci yaşayış məhəlləsində istismara verilmiş yaşayış binalarında aparılmış baxış və monitorinqlər zamanı binaların konstruktiv elementlərində, daxili mühəndis-kommunikasiya sistemlərində və digər istismar göstəricilərində hər hansı problem, nasazlıq və ya keyfiyyət uyğunsuzluğu müəyyən edilməyib.
“Bununla belə, yaşayış binalarından birinin həyətyanı ərazisində torpaq çökməsi halı qeydə alınıb. Məsələ ilə əlaqədar aidiyyəti üzrə əraziyə operativ baxış keçirilib, aparılmış araşdırmalar nəticəsində hadisənin bina konstruksiyası və ya tikinti işlərinin keyfiyyəti ilə deyil, torpaq çökməsi ilə əlaqədar baş verdiyi müəyyən edilib.
Sözügedən torpaq çökməsi ilə bağlı podratçı şirkətlər tərəfindən operativ şəkildə zəruri bərpa işləri icra edilib və problem tam şəkildə aradan qaldırılıb. Hazırda qeyd olunan ərazidə hər hansı təhlükə və ya istismara maneə yaradan vəziyyət mövcud deyil”, - deyə məlumatda qeyd edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












