Ağdərədə mülki şəxs minaya düşdü

Ağdərə ərazisində mülki şəxs minaya düşüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində baş verib.
Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal - qara oturarkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün, işlər aparılır.
***
Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
***
Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya edilib.
Bərdə Mərkəzi Xəstəxanasında bildirilib ki, 30.05.2025-ci il tarixində saat 20:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












